Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.
Gununsesiaz.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 2 346 nəfərə, yoluxanların sayı 64 084 nəfərə yüksəlib.
Məlumata görə, daha 1 742 nəfər virusdan sağalaraq evə buraxılıb.