Hücum belə olub… - VİDEO

  • By admin
  • 27 Yanvar 2023 12:35

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun qarşısını almağa çalışan səfirlik əməkdaşı hadisənin baş vermə anından danışıb.

Gununsesi.info xəbər verir ki, səfirlik əməkdaşı mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ölüm anından bəhs edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Gununsesi.info