Hulisi Kılıc Ramiz Mehdiyevə “Türk dünyasının düşməni” dedi

  • By admin
  • 26 Aprel 2022 15:58

“Mən də sizinlə eyni fikirdəyəm. Səfirlərin vəzifəsi həmin ölkədə çalışmaq olub. Ancaq bəzi rəsmilər buna maneçilik törədib. Bu baxımdan “Ramiz Mehdiyev türk düşmənidir” ifadəsini işlədə bilərəm”. 

Gununsesi.info  xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ankara şəhərində hüquqşünas Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının təqdimatında çıxışı zamanı deyib.

“O vaxtlar da bunu deyirdim. Ramiz Mehdiyev bizim illərimizi əlimizdən aldı. Mən isə bir millətin səfiri olmağa çalışdım”, – deyə o, əlavə edib. 

Xatırladaq ki, Hulusi Kılıç 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.(bizimmedia)