Hulusi Akar: -"Suriyanın şimalında 19 terrorçu zərərsizləşdirilib"

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar mayın 22-si gecə radələrində Suriyanın şimalında 19 terrorçunun zərərsizləşdirildiyini, son bir ayda zərərsizləşdirilən terrorçuların sayının isə 126 olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, nazir Akar Kayseri şəhərində verdiyi açıqlamada terrorla mübarizənin böyük əzm və qətiyyətlə davam etdiyini, 85 milyon insanı terror bəlasından xilas etmək əzmində olduqlarını bildirib.

“Terrorçular haradadırsa, hədəf də ordadır” anlayışı ilə mübarizəni davam etdirdiklərini qeyd edən H.Akar Mehmetcikin İraq və Suriyanın şimalında terrorçuların “girmək mümkün deyil” dediyi yerlərə girdiyini və terrorçuların yuvalarını dağıtmağa davam etdiğini dilə gətirib.

Terror təşkilatının iflasa uğradığını bildirən Akar deyib:

“24 iyul 2015-ci il tarixindən indiyədək 37 886 terrorçu zərərsizləşdirilib. Hazırda terror təşkilatında iştirak sıfıra yaxındır, qaçış maksimumdur”.

Türkiye, İraq və Suriyanın ərazi bütövlüyü və suveren hüquqlarına hörmətlə yanaşan nazir Akar əməliyyatlarının beynəlxalq hüquqa tam uyğun olduğunu bildirib və deyib:

“Bir ay ərzində 126 terrorçu zərərsizləşdirilib. Ötən gecə Suriyanın şimalında 19 terrorçu zərərsizləşdirilib. Terrorçuları iki yol gözləyir. Ya təslim olacaqlar, ya da məhv olacaqlar”.

 

 

Şəbnəm

Gununsesi.info