Hulusi Akar ABŞ-da Dumfoldla bir araya gəldi

  • By admin
  • 17 Oktyabr 2016 11:04

 

hulisi-akar

HTML tutorial

Türkiyə Silahlı qüvvələrinin baş qərərgah rəisi General Hulusi Akar ABŞ-ın müdafiə naziri   Dumfold ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüşdə İraqdakı terror təşkilatı İŞİD-in əlində olan Mosulun azad edilməsinə dair məsələlər yer alıb.

Terror təşkilatı İŞİD ilə mübarizə aparan koalisiya ölkələrinin müdafiə nazirlərinin iclasını keçirmək üçün Hulusi Akar və general Dumfold Vaşinqtonda bir araya gəlib. Türkiyənin Vaşinqtondakı səfirliyinin binasında keçirilən iclas 2 saat davam edib.

Müdafiə Nazirliyindən bildirilib ki, iki ölkənin generallarının görüşməsində məqsəd İraq və Suriyada baş verən hadisələr haqqında fikir mübadiləsi aparmaqdır.

Açıqlamada İraqda yaxın zamanda baş verməsi nəzərdə tutulan Mosul əməliyyatının ələ alındığı diqqətə çatdırılıb. Görüşmədə “ Mosul  Hərəkatı gündəmə gəlib və vətəndaşlart ciddi ziyan görüb” ifadəsi xüsusilə vurğulanıb.

Nigar Cəfərli