Hulusi Akar Almaniyanın müdafiə naziri ilə görüşdü

  • By admin
  • 03 Fevral 2021 09:08

Almaniyanın paytaxtı Berlində rəsmi səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bu ölkənin müdafiə naziri Anneqret Kramp Karrenbauer ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Akar bildirib ki, görüşdə bir sıra vacib mövzuları müzakirə ediblər: “Möhtərəm nazir ilə çox səmimi, konstruktiv müzakirələrimiz oldu. Həm iki ölkə, həm də NATO və Avropa İttifaqı çərçivəsində təhlükəsizlik və müdafiə mövzuları başda olmaqla bir çox məsələni müzakirə etmək fürsəti qazandıq”.

Anneqret Kramp Karrenbauer də görüşün məhsuldar keçdiyini vurğulayıb: “NATO çərçivəsində son dərəcə önəmli görüş keçirdik. Əlbəttə ki, tənqidi şəkildə diqqətə aldığımız xüsuslar da oldu… Xüsusilə həmkarımla burada şəxsən Berlində görüşə bilməyimdən çox sevindiyimi bir daha qeyd etmək istəyirəm”.

Gununsesi.info