Hulusi Akar şəhid Valehin ailəsinə verdiyi sözü tutdu -Fotolar

  • By admin
  • 23 Dekabr 2021 15:26

Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

HTML tutorial

“Azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyev nazirimiz cənab Hulusi Akara işğal altındakı torpaqları azad edəcəklərinə dair söz verib, son nəfəsini verərkən də “Nazir Hulusi Akara verdiyim sözə əməl etdim” demişdi. Şəhidimizin dəyərli ailəsi nazir Akarın dəvəti ilə Ankaraya gəldi”, – deyə məlumatda qeyd olunub.

V.Məmiyevin ailəsi səfər çərçivəsində “Anıtkabir”i də ziyarət edib. V.Məmiyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.