Hulusi Akar: “Seçkilər demokratik mühitdə başa çatacaq”

  • By admin
  • 14 May 2023 15:39

Türkiyənin milli müdafiə naziri Hulusi Akar prezident və parlament seçkilərində səs verib.

Gununsesi.info  xəbər verir ki, o, Kayseridə səsvermə hüququndan istifadə edib.

O, jurnalistlərə açıqlamasında seçkilərin demokratik mühitdə başa çatacağına inamını ifadə edib: “Biz hər birimiz düşüncələrimizi bölüşüb, plan və layihələrimizi açıqlamışıq, vətəndaşlarımızla görüşmüşük. Vətəndaşlarımız bizi dinləyib. Bu gün onlar qərar verəcəklər”.

Gununsesi.info