Hüqo Qevara Şəhidlər xiyabanında - FOTO

  • By admin
  • 20 Yanvar 2025 10:25

Bugün ABŞ-ın Azərbaycandakı Müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər Xiyabanında olub.

Gununsesi.info xəbər verir ki, amerikalı diplomat səfirliyin sosial şəbəkə hesabında bunları yazıb.

“Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk.”

 

 

Gununsesi.info