

Artıq bir qrup hüquq müdafiəçisi Quba məhkəməsinin 10 yaşlı Nuray barəsində çıxardığı məhkəmə qərarından, onun başına gələn əhvalatdan xəbərdardır və məsələ ilə bağlı ciddi məşğuldur.
Bunu Gununsesi.info-ya açıqlamasında D.Əliyeva adına Qadın Hüquqlarınıən Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı bir neçə hüquq-müdafiə təşkilatı bir araya gələrək, birgə tədbrilər planını və atılacaq addımları müzakirə edəcəklər:
“Məsələdən xəbərdarıq və bununla bağlı ilkin olaraq Quba məhkəməsi ilə danışmışıq. Növbəti həftədən etibarən isə bu işlə məşğul olacaq hüquq-müdafiə təşkilatları bir araya gələrək, Nurayın hüquqlarının bərpası istiqamətində birgə planlarımızı müzakirə edəcəyik. Biz nə lazımdırsa, Nuray üçün edəcəyik.
Biz pərakəndə deyil, birgə formada Nurayın hüquqlarının bərpasına nail olmaq istəyirik.
Biz çalışacağıq ki, Nuray gələcəyini necə istəyirsə elə də etsin, atasının yanında qalmaq istəyir, onun yanında, yox, xalasının yanaında qalmaq istəyirsə, onun yanında qalsın və bunun üçün əlimizdən gələni edəcəyik”.
Mürtəza
Gununsesi.info