Tanınmış hüquqşünas və hüquq müdafiəçisi Samirə Ağayeva təqib edildiyini söyləyir.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda S.Ağayeva sosial şəbəkədəki səhifəsində yazıb:
“Axşam təxminən saat 22.30-da evə qayıdırdım. Avtobusdan düşərkən qabağında qara Jeep markalı, içərisində 2 nəfər olan avtomobil dayanmışdı. Məhəlləyə daxil olan kimi maşın eyni yolu ilə mənimlə gəldi. Blokun qabağında yüksək sürətlə üstümə sürməyə cəhd etdi. Blok tərəfə keçdim, maşın arxaya sürdü.
Qaranlıq olduğu üçün maşının nömrəsini görə bilmədim. Yuxarı qalxdım, balkondan baxdım. Maşın 5 dəqiqə gözlədi və getdi.
P.S. Açığı, bu barədə yazmaq istəmirdim. Dostların təkidi ilə bunu etdim. Belə hadisələr heç kimi qorxutmur, sadəcə ,iç üzünü daha da aydın göstərir”.
Gülnaz Qənbərli
Gununsesi.info