Hüquq müdafiəçisinə hücum edən şəxs tapıldı

  • By admin
  • 16 Mart 2023 10:19
Dünən küçədə hücuma məruz qalan hüquq müdafiəçisi Rüfət Səfərova qarşı bu əməli həyata keçirən şəxs müəyyən olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Səfərovun özü məlumat yayıb:
“Binəqədi RPŞ-nin 5-ci PB-nin rəisi və əməliyyat müvəkkilləri kameralar vasitəsilə mənə qarşı zorakılıq göstərən şəxsi müəyyən etdilər. Ümid edirəm ki, tezliklə həmin vətəndaşla üzləşdirəcəklər.
Suallarımı və s. ünvanlayacam.Ondan yalnız üzr tələb edəcəm.
İnanmaq istəyirəm ki, bu hadisənin siyasi yükü yoxdur. Hərçənd, fəaliyyət və funksiyam elədir ki, siyasi ağılıqlı təxribat versiyası da mümkündür.
Hər halda iştirakçısı olduğum araşdırmanın gedişatı və yekuni qəti mühakimə yürütməyimə imkan verəcək.
İnzibati, ya da cinayat mühakimə icraatı qaydasında şikayətçi olmaq fikrim yoxdur.
Hesab edirəm ki, bütün hallarda tərcümeyi-halıma kimisə həbs etdirməklə bağlı hissə aid olmalı deyil.
Üzr yetərli olacaq.
Bəzi vicdansız insanlara xitab edirəm:
Belə hadisələrdə marağı olub, siyasi şou yaratmaq mənə görə deyil. Bu niyyətim şərəfsizlik və ləyaqətsizliyə xidmət edər.
Konkret və fərdi mənada heç bir cinayət, xəta, təqsir və s. daşıyıcısı deyiləm ki, hüquqi, ictimai, ya da siyasi reablitasiya məqsədi güdüm-indiki mərhələdə.
Bunadək ətrafımda yaşananların da heç şübhəsiz ki, bəlli məsuliyyətini dərk edirəm. Daha əvvəl yazdığım kimi, hər qurulan iş uğurlu olmur”.
Elmar
Gununsesi.info