Hüquq müdafiəçisindən nazirliyə sərt ittiham: "Təxribatla məşğuldur..."

  • By admin
  • 10 Aprel 2017 12:15

sahibmemmed

“Bəzi dövlət qurumları sahibkarlığı məhv etmək üçün irimiqyaslı hücuma keçib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə sadəcə, təxribatla məşğuldur. Deməli DSMF hesabatı ASAN imza ilə verilməlidir (Niyə? Vergi adı qaydadadır)”.

Gununsesi.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov “Facebook” səhifəsində yazıb.

O, yazıb ki, bu barədə sosial sığorta ödəyiciləri yalnız hesabat vaxtı xəbər tutub…

“İndi “ASAN Xidmət” yerlərində basabasdır. Hamı imza almağa çalışır. Bu da bir tərəfə heç onların sistemi də demək olar işləmir. Hesabat vermək mümükün deyil. Əməkdaşlar isə deyir ki, 20 aprelə qədər hesabatı verməsəniz cərimə olunacaqsız. Deyəndəki sistem işləmir. Deyirlər ki, bu işə biz baxmırıq.

Bu ildən vergilərin ödənilməsi sistemi də mürəkkəbləşdirilib. İmkanı olan hər kəs fəaliyyətini dayadırıb qeyri-leqal fəaliyyətə keçir. Hələ ki, islahat aparan qurumlardan heç bir reaksiya yoxdur. Nə deyək?” -deyə, S. Məmmədov sonra yazıb.

Gununsesi.info