“Demokratiya Monitorunun direktoru, tanınmış hüquq müdafiəçisi Fuad Həsənovun atası hazırda ağır vəziyyətdə reanimasiyadadır”.
Gununsesi.info bildirir ki, bu barədə onun həmkarı Rüfət Səfərov sosial şəbəkədə yazıb.
Səfərov öz qeydlərində yazır:
Sağlam həyat tərzinə sahib olan Sərxan doktor noyabrın 3-də qəfil halı pisləşərək yıxılıb, 2 gün ərində 2 dəfə təcili yardım çağrılsa da insult əlamətləri yoxdur qənaəti ilə əhatəli müayinə üçün hospitalizə edilməyib, ağrıkəsicilərdən istifadə edilməklə kifayətlənib. Üçüncü cəhddən sonra Əjdər Məlikov adına 6 saylı dövlət xəstəxanasına hospitalizə edilib. Qısa müddətdə sepsis halı diaqnozu ilə dərin koma vəziyyətinə düşüb, xəstənin daxili orqanları yetməzlik durumuna girib. Sepsis məlum və ya naməlum iltihab/infeksiyadan yarana bilir, vücudun infeksiyaya böyük reaksiyası nəticəsində yaranan həyati təhlükəsi olan tibbi-təcili vəziyyətdir. Ağır kliniki durum və effektiv olmayan tibbi müdaxilənin yetərsizliyi Fuad bəyin atasının effektiv aqressiv tibbi müdaxilə üçün Baku Medical Plazaya transfer edilməsini tələb edib və nəticələr var. Dializ edildikdən sonra böyrəklər funksianallığını bərpa edə bilib, lakin ürəyin anju edilməsinə hələ də imkan vermir. Yalnız davamlı tibbi müdaxilə ilə bərpa edilə bilən işçi təzyiq artıq bədənin öz imkanları ilə 70-lərədək düşmədən dayanıqlı qala bilir, 30-larda olan trombosit bədənin öz imkanları ilə dəstəklənərək yüksələ bilib. Müsbət irəliləyişlərə rəğmən ürəkdən atılan davamlı tromblar beynin müxtəlif hissələrində yerləşə bildiyindən, xəstə ayıla bilmir və ciddi məsrəfli və davamlı intensiv terapiya tələb edir, trombun götürülməsi üçün ürək əməliyyatı da qaçılmaz ola bilər və özəl klinikada ictimai dəstək olmadan məsrəfləri qarşılmaq imkansız görünür.
Bilginiz üçün ixtisasca həkim-cərrah olan Sərxan Həsənov akademik Topçubaşovun sevimli tələbəsi, gənc həkim kimi akademik Cavadzdənin assistenti olub, Beyləqan Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri kimi 1-ci Qarabağ savaşı öncəsi və zamanı da həkim-cərrah kimi çalışıb və Qubadlıda başından qəlpə yarası da alıb.
Bu günədək xəstə atanın müalicə xərclərini Fuad bəy və ailə yaxınları qarşılayıb. Hazırda isə dostların dəstəyi olmadan Sərxan həkimi reanimasiyadan normal həyata qaytarmaq mümkün olmayacaq. Dostların yardımına ehtiyac var.
Həyatını xəstələrin şəfa tapmasına istisnasız həsr edən həkimin hazırda özünün şəfaya ehtiyacı var.
Təcili yardımınızı əsirgəməyin, dostlar!
Beynəlxalq Bankda AZN kart hesab nömrəsi: 4127 2093 0099 9973
Beynəlxalq Bankda USD kart hesab nömrəsi: 4127 2093 0013 4886
Beynəlxalq Bankda Avro kart hesab nömrəsi: 5522 0993 5688 4775
Gununsesi.info