Hüquq müdafiəçiləri ömürlük məhbusun ailəsini ziyarət edib

  • By admin
  • 24 Sentyabr 2022 18:52

“Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının rəhbərliyi Qax rayonunda ömürlük
azadlıqdan məhrum edilmiş “OMON”çu Səfa
Poladovun ailəsini ziyarət edib.

Bu barədə Gununsüsi.info-ya danııan təşkilatın rəhbəri Rüfət Səfərov deyib ki, Poladovun bacısı Şəfa xanımla onun durumunu müzakirə edib:

“1996-cı ilin dekabrından etibarən Qobustan
həbsxanasında saxlanılan Səfa Poladov zəng etdi,
danışdıq.  Səfa bəy sağlamlığından şikayət etdi.
O, həbs ediləndə 31 yaşında idi”.

Rüfət Səfərov bildirib ki, cəzasını 20 ildən artıqçəkən ömürlük məhbusların azadlığa buraxılmasına baxılmalıdır: “ Şəmsi Səmədzadə təcrübəsi var. Hesab edirəm ki, Səfa Poladov kimi məhkumların məsələsinə baxılmalıdır. Onun bu gün
57 yaşı var”.

 

Gununsesi.info