Hüquqi dövlət prinsipi fərdin hüquqlarına söykənir – BAŞ PROKURORLUĞA İTTİHAMLARA SÖZARDI

  • By admin
  • 12 Yanvar 2021 10:44

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev həbsdəki keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevi Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin təyin edib.

 

Gununsesi.org xəbər verir ki, bu təyinatla bağlı sosial mediada Baş Prokurorluğun əleyhinə bir sıra tənqidi fikirlər yazılıb. Diqqət edəndə bu haqda yazanlar ölkədə həmişə demokratik prinsiplərin bərqərar edilməsi, qanunun aliliyinin təminatı üçün çalışdıqlarını bəyan edən adamlardır.  Amma həmin şəxslər hüquqi dövlətdə məsuliyyətin fərdin olması prinsipinə söykəndiyini nədənsə unudublar. Ataya görə oğulun məsuliyyət daşıması Stalin dövrünə xarakterik yanaşmadır.

Əvvala, qeyd edək ki, adıçəkilən gənc bundan öncə də, prokurorluq orqanlarında çalışıb. Onun yenidən bu orqana geri qayıtmasında təəccüblü heç nə yoxdur.  Ancaq sabiq başçının oğlunun işə qayıtmasını sensasiyaya çevirənlər bu məqamı nədənsə qabartmır. Belə ki, Məhəmməd Hacıyev Azərbaycanın işğaldan yeni azad edilən rayonlarından birinə təyinat alıb. Bu isə onun həm də, hərbi xidmətə getməsi kimi anlaşılmalıdır.

Baş Prokurorluqdan söz düşmükşən, etiraf olunmalıdır ki, Kamran Əliyev bu strukturun fəaliyyətində ciddi dönüş yaradıb. Kadr təyinatları, orqanın işlək mexanizminin yenilənməsi üçün bir sıra önəmli addımların atılması buna nümunə göstərilə bilər.

Gununsesi.org