Hüquqşünas: “Taksi şirkətlərinin zərərsiz qüsurları hökuməti narahat edir” -Kapitalı olmayan şirkətlərə isə icazə verir ki, camaatın evini sök

  • By admin
  • 03 İyun 2023 21:12

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi şirkətlərinin sıradan çıxarılacağına yönəlik fikirləri birmənalı qarşılanmayıb.

Tanınmış hüquqşünas Əkrəm Həsənov da Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

Onun sözlərinə görə, hökumət heç bir kapitalı olmayan tikinti şirkətlərinə lisenziya verir, onlara camaatın razılığı olmadan evlərini sökməyə ixtiyar verir, tikilmiş binalar təhvil verilməmiş orada insanların yaşamasına və tikinti şirkətlərinin sakinlərə qan uddurmasına, digər özbaşınalıqlarına göz yumur: “Amma taksi şirkətlərinin daha zərərsiz qüsurları onu narahat edir. Niyə? Onu görə ki, tikinti sahəsi inhisardadır, taksi sektoru isə yox. Yeri gəlmişkən, Milli Məclisin yaz sessiyasında Rəqabət Məcəlləsinin qəbulunu vəd etmişdilər. Sessiya bitdi, Məcəllə yoxdur. Niyə? Ölkə iqtisadiyyatı tam inhisarlaşandan sonra qəbul edəcəklər”.

Afət Abbasova
Gununsesi.info