Hüquqşünaslar “Məhsul” stadionunda aksiya keçirəcək - SAMİRƏ AĞAYEVA

  • By admin
  • 07 Noyabr 2017 13:14

“Noyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyətinə bu ayın 18-də “Məhsul” stadionunda saat 15:00-dan 17:00-dək aksiya keçirilməsinə icazə verilməsi üçün müraciət etmişik”.

Bu haqda Gununsesi.info-ya müstəqil hüquqşünas Samirə Ağayeva məumat verib.

Onun sözlərinə görə, bu aksiyanın keçirilməsi üçün dəstək böyükdür: “Bu gün Praktik Hüquqşünaslar Qrupunun iclası olacaq. Orada təşkilati məsələlərin müzakirəsini edəcəyik. Aksiyanın keçirilməsiylə bağlı hazırlıqlar görsək də, Bakı Şəhər İcra Hakimiyyətinin cavabını gözləyirik. Hesab edirəm ki, belə aksiyanın keçirilməsi çox müsbət bir haldır. Yəni bu artıq hardasa narazı kəsimin etirazıdır. Məhz narazı kəsimin çox olduğunu nəzərə alıb bu aksiyanı keçirmək niyyətindəyik. Ümid edirəm ki, planlarımızı həyata keçirə biləcəyik. Qeyd edim ki, bu siyasi aksiya deyil. Ona görə də aksiyada səsləndiriləcək bütün şüarlarda məqsəd müdafiəsiz qalan vətəndaşların müdafiəsinə qalxmaqdır. Hazırda ölkədə vəkillərin sayı o qədər azdır ki, hüquqşünasların məhkəmə proseslərində onların hüquqlarını qoruması vacibdir. Hesab edirik ki, etirazlarımız nəticəsiz qalmayacaq”.

Gülnaz Qənbərli

Gununsesi.info