“Hürriyet” qəzetinin və “hurriyet.com.tr” saytının əməkdaşları həbs ediliblər

  • By admin
  • 30 Avqust 2016 15:22

huriyyet

İstanbul Prokurorluğunun təlimatı üzrə Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülən ilə əlaqədə şübhəli bilinərək saxlanılan 35 jurnalistdən 9 nəfəri  Türkiyənin nüfuzlu mətbu orqanı olan “Hürriyet” qəzetinin “hurriyet.com.tr” saytının əməkdaşlarıdırlar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,  saytın əməkdaşlarının evlərində axtarışlar aparılıb. Həmin şəxslər saytın redaktoru Dinçər Gökçə və digər əməkdaşlarından Nurullah Öztürk, Rasih Yılmaz, Murad Aksoy, Abdullah Alparslan Ağquş, İsgəndər Yunus Tiryakı, Ləvənt Ərəb, Ömər Şahin və Ayxan İldırımdır.

Gülnaz Qənbərli

Gununsesi.info