Hüseyin Büyükfırat Türkiyə prezidenti ilə görüşüb - FOTO

  • By admin
  • 17 Avqust 2022 19:45

15 avqust 2022-ci tarixində Türkiyə Cümhuriyyətinin prezidenti Recep Tayyip Erdoğan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfıratı qəbul edib.

Partiyanın baş ofisində keçirilən görüşdə bir sıra məsələlər, o cümlədən, Azərbaycan və Türkiyə arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin, siyasi və iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün yeni fəaliyyət proqramı barədə müzakirə aparılıb, Türkiyə Prezidenti təşkilatın fəaliyyətindən məmnunluğunu bildirərək, qarşıya qoyulan yeni hədəflərlə bağlı öz tövsiyyələrini bildirib.

Sonda Türkiyə Prezidentinə TÜİB sədri tərəfindən hədiyyə təqdim edilib, xatirə şəkli çəkdirilib.

Gununsesi.info