Hüseyn Abdullayev aclıq aksiyasını dayandırdı

  • By admin
  • 19 Aprel 2021 23:35

Vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin səhhəti pisləşib.

Gununsesi.info  xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov feysbuk hesabında paylaşım edib.

Vəkilin paylaşımından o da bəlli olub ki, H.Abdullayev bir neçə gündür keçirdiyi aclıq aksiyasını artıq dayandırıb: “Bu gün 10 saylı cəzaçəkmə müəssisəsində Hüseyn Abdullayevlə görüşdüm. Bədəninin abdominal hissəsində və aşağı ətrafında kəskin sancılar olduğunu, mədəsindən qan gəldiyini bildirdi. Nə aclıq dövründə, nə də ki, sonra tibbi yardım göstərilmədiyini bildirdi”.

Vəkil qeyd edib ki, hazırda onun təcili olaraq əsaslı tibbi müayinəyə və tibbi yardıma ehtiyacı var.

Gununsesi.info