Hüseyn Abdullayev aclıq edir?

  • By admin
  • 13 Aprel 2021 10:17

Keçmiş deputat Hüseyn Abdullayev saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb.

Keçmiş deputat bununla əlaqədar məktub da yazıb. O vurğulayıb ki, ölüm aclığına başlamasının səbəbi Birləşmiş Millətlər Təşkilatının Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onunla bağlı qərarının Azərbaycan hakimiyyəti tərəfindən icra olunmamasıdır.

Penitensiar Xidmətdən isə Abdullayevin aclıq keçirməsi barədə onlarda informasiya olmadığı bildirilib.

Gununsesi.info