Hüseyn Abdullayev anası və vəkili ilə görüşdən imtina edib

  • By admin
  • 12 Sentyabr 2024 12:09

Hüseyn mənimlə görüşdən imtina edib. Heç kəsi görmək istəmir,özünə qapanıb. Onun durumu çox ağırdır” .

Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib.

Oğlunun səhhətinin dözülməz olduğunu vurğulayan Zeynəb xanım əlavə edib ki, onun durumu barədə ölkə başçısına müraciət edib:”Görünür, müraciət ünvanına çatmır. Mən media vasitəsilə cənab Prezidentdən xahiş edirəm ki, bu işə diqqət göstərsin. Oğlum hər gün ölümə sürüklənir. Çıxılmaz durumdayıq. Normal qida qəbul etmir. Mən hər gedəndə yalvarıram, ürək-dirək verirəm.  İndi isə mənimlə də görüşmür”.

Sabiq deputatın vəkili Ceyhun Yusifov da bildirib ki, Abdullayev onunla görüşə gəlməkdən imtina edib.

 

Afət

Gununsesi.info