Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev anası üçün şeir həsr edib.
Yaxınlarının Gununsesi.info-ya təqdim etdiyi şeiri dərc edirik:
“Dəyərli həmvətənlərim. Mənim azadlığımı arzulayan və bunun üçün dualar edən bütün ana və bacılarıma təşəkkür edir və dərin minnətdarlığımı bildirirəm. Ailə üzvlərimə, xüsusəndə anama göstərilən mənəvi dəstək və təsəliyə görə hərkəsə minnətdaram. Allah hamınızdan razı olsun. Yekun olaraq, məni şərləyən və böhtan dolu iddialar ilə həbsdə saxlayan kəslərə şeir təqdim edim.
Almayın.
Eyni bir millətik eyni bir eldən,
Əl çəkin bu şərdən həm də zülmdən.
Sizlərə sözüm var eşidin bilin.
Bütün bu kəlmələr gəlmiş içimdən.
O, mənim qəlbimdir həm də nəfəsim.
Dərdimi hərkəsdən yaxşı bilənim.
Əvəzsiz məlhəmdir aycan deyənim.
Almayın anamı əlimdən mənim.
Hüseyn Abdullayev
Bakı İstintaq Təcridxanası
25.05.2024