Hüseyn Abdullayev apellyasiya şikayəti verdi

  • By Admin2
  • 19 Mart 2025 12:39

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıq məhrum edilən sabiq deputat, iş adamı Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

Bu barədə Gununsesi.info-ya onun vəkilləri bildirib.

Vəkillərin sözlərinə görə, apellyasiya şikayətində birinci instansiya məhkəməsindəki araşdırmalar zamanı pozuntular əks olunub.

Xatırladaq ki, Hüseyn Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilmişdi.

Məhkəmənin hökmü ilə daha əvvəl 6 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzasının bitməyinə bir ay qalmış isə yeni ittihamlarla üzləşmişdi.

Gununsesi.info