Hüseyn Abdullayev dərin stress yaşayır

  • By admin
  • 28 İyun 2024 17:17

“Hüseyn Abdullayevin vəziyyəti çox ağırdır. Dərin stressdədir. Oğlum hər keçən gün bir az da ölümə sürüklənir”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib.

Onun sözlərinə görə, oğlunun səhhətindəki problemlər artıq özünü biruzə verir: “6 il günahsız yerə yatdı. Azadlığa çıxması üçün vaxtı çatanda  ona yeni iş açdılar. Mən cənab Prezidentdən xahiş edirəm ki, oğlumu azad etsin. Çıxıb, sakit başını aşağı salıb , öz sağmalığının qeydinə qalsın. Mənim də artıq gücüm qalmayıb. Yaşlı adamam, həbsxana yollarında qalmışam”.

Xatırladaq ki, Almaniya mühacir həyatı yaşayan Hüseyn Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilib.

 

6 il azadlıqdan məhrum edilən Abdullayev cəzasının başa çatmasına 2 ay qalmış yeni ittihamlarla üzləşib

Beynəlxalq qurumlar Hüseyn Abdullayevi siyasi məhbus kimi tanıyır.

 

Elmar

Gununsesi.info