Hüseyn  Abdullayev prezident seçkilərinə niyə qatılmadı?

  • By admin
  • 15 Mart 2018 14:56

 

Almaniyada siyasi mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev hələ bir müddət öncə prezident seçkilərində iştirak edəcəyinə bəyanat versə də ancaq o, bu niyyətini gerçəkləşdirmədi. Baxmayaraq ki, sabiq deputat səs-küylü bəyanatlarını sosial şəbəklərdə “sponsorlu” formada kütləviləşdirirdi.

Abdullayevin müraciətində deyilirdi:

“Mən Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcə də hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə ve digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”.
Bəs görəsən, Hüseyn Abdullayevə namizədliyini irəli sürməsi üçün nə mane oldu? Onu da xatirladaq ki, Azərbaycanın seçki təcrübəsində mühacirətdə olanların seçkilərə qatılması halları yaşanıb.

Bu suala aydınlıq gətirmək üçün sabiq deputatın özü ilə əlaqə saxlamaq istəsək də buna nail ola bilmədik. Hüseyn Abdullayevə məxsus sosial şəbəkədəki hesablara yazdığımız sorğular da cavabsız qaldı.

Mürtəza

Gununsesi.info