Hüseyn Abdullayevin anası Diaqnostika Mərkəzinə yerləşdirilib

  • By admin
  • 12 Mart 2024 15:14

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

6 illik həbs həyatından sonra gələn ay azadlığa çıxmağa hazırlaşan Abdullyev barəsində   yeni ittihama görə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hüseyn Abdullayevin 74 yaşlı anası Zeyned Abdullayeva isə məhkəmə binası qarşısında oğlu üçün göz yaşı tökən zaman halı pisləşib.

Zeynəb Abdullayevanı Təcili Tibbi Yardım maşını vasitəsi ilə xəstəxanaya aparıblar.

 

Abdullayevlərə yaxın şəxslərin Gununsesi.info-ya verdiyi məlumata görə,Zeyneb Abdullayeva hal-hazırda Respublika Diaqnostika Mərkəzində müalicə olunur.

Yaxınları bildirib ki, səhhəti olduqca pis olan 74 yaşlı Zeynəb Abdullayeva hazırda ciddi həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, Almaniyada siyasi mühacir statusu alan Hüseyn Abdullayev 6 il əvvəl Türkiyədə həbs olunaraq Azərbayacan gətirilib. Onun cəza müddətinin bu ayın sonu başa çatacağı gözlənilirdi.

Lakin yenidən Hüseyn Abdullayev barəsində cinayət işi başlanılıb.  

O, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.

Elmar

Gununsesi.info