Hüseyn Abdullayevin məhkəmə prosesində vəkillər çıxış edib

  • By admin
  • 10 Dekabr 2019 18:21

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda Hüseyn Abdullayevin vəkilləri çıxış edərək ittihamların əsassız olduğunu deyib və ona bəraət verilməsini istəyiblər.

Hüseyn Abdullayevin anası, təqsirləndirilən Zeynəb Abdullayeva da oğlunun günahsız oıduğunu bildirib.

Proses dekabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İntiqam Süleymanova şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. Ev dustaqlığında olan Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımova da şərti cəza verilib.

Gununsesi.org