Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Hüseyn Abdullayevin səhhətində problem yaranıb.
Bu barədə Gununsesi.info-ya onun anası Zeynəb Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, həbsxanadan aldığı məlumatda deyilib ki, H.Abdullayevin səhhəti dünən axşamdan kəskin pisləşib.
Bildirilib ki, hazırda sabiq deputatın bir ayağı işləmir.
Övladının hazırda həbsxanada ağır durumda olduğunu deyən Z. Abdullayeva saytımız vasitəsilə aidiyyatı qurumlardan onun təcili Penitensiar Xidmətin Müalicə Müsəssisəsinə köçürülməsini tələb edir: ” Hüseynin səhhəti çox ağırdır. Onun səhhətinin pis olması hamıya məlumdur. Əgər o bu gün müalicə olunmursa, azadlığa buraxılmırsa demək ki, onun ölməyini istəyirlər” .
Xatırladaq ki, Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilib.
6 il azadlıqdan məhrum edilən Abdullayev cəzasının başa çatmasına 2 ay qalmış yeni ittihamlarla üzləşib