Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb

  • By ilhame
  • 14 Aprel 2024 16:41

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN-ə yaxın mənbə məlumat yaylb.

 

İran XİN başçısı deyib ki, Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır:

 

“İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək”, – mənbə bildirib.

Gununsesi.info