Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarənin rəisi Oleq Baranova müraciət edib.
Gununsesi.info xəbər verir ki, Mizulina bir sıra bloqerlərin dələduzluq fəaliyyətlərinə görə yoxlanılmasını xahiş edib.
Sözügedən siyahıda azərbaycanlı bloqer Hüseyn Həsənovun da adı var.
“Kseniya Qubina, Tata Feodoridi, Asxab Tamaev, Hüseyn Həsənov və başqalarının fəaliyyətinin araşdırılmasını xahiş edirik. Əminik ki, onlar bir müddət əvvəl saxlanılan bloqer Ayaz Şabutdinov kimi dələduzluq əmməllərində iştirak edirlər”, – o, teleqram hesabında yazıb.
Xatırladaq ki, bir müddət əvvəl milyonçu bloqer Ayaz Şabutdinovun dələduzluqda ittiham olunduğu və saxlanıldığı xəbəri yayılmışdı.
Həmçinin bir müddət əvvəl Hüseyn Həsənov və azərbaycanlı gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılıb. Onların adları Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb. Hüseynin fəaliyyətinin yoxlanılması ilə bağlı dəfələrlə Rusiya hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub.