Hüseyn Məlik 30 sutkalıq həbsdən sonra azadlığa çıxıb

Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik 30 sutkalıq həbsdən sonra azadlığa buraxılıb.

Gununsesi.info-nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddələri ilə təqsirli bilinib.

H.Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilmişdi.

Özü və təmsil olunduğu partiya həbsi siyasi xarakterli həbs kimi qiymətləndirib.

Xatırladaq ki, Hüseyn Məlik bir neçə ay əvvəl də inzibati qaydada həbsdə olub.

 

Şəbnəm
Gununsesi.info