Hüseynbala Mirələmovun başına iş gəldi – FOTO

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Səbail rayonu Şıx qəsəbəsi, Salyan yolunda yerləşən “Min bir gecə” istirahət mərkəzində 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ürəyində yaranmış problem səbəbindən dünyasını dəyişdiyi bildirilib.

HTML tutorial

Vəfat edən şəxs uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub və 2 il əvvəl Bakıya köçüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin baş verdiyi “Min bir gecə” istirahət mərkəzi sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.

(qafqazinfo)

Gununsesi.info