Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Milli Məclisin sabiq deputatı, yazıçı Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmova qarşı iddiasını geri götürüb.
Gununsesi.info-nun xəbərinə görə, buna səbəb kimi Fərid Mirələmovun su pulu borcunu bağlamasıdır.
Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə “Azərsu”nun artıq iddiasının olmadığı bildirilib. Buna görə də iş baxışdan çıxarılıb.
Afət Abbasova
Gununsesi.info