Hüseynovla Nuriyev qızıl, Çunayev bürünc medal uğrunda mübarizə aparacaq

  • By admin
  • 17 May 2017 12:01

 

cunayev

Yunan-Roma güləşçimiz Rəsul Çunayev  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal görüşündə məğlub olub.

Gununsesi.info xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız iranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub – 5:6.

R.Çunayev təsəlliverci görüşdə bürünc medal uğrunda güləşəcək.

***

Digər Yunan-Roma güləşçiləri Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) isə IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

Final uğrunda mübarizədə R.Hüseynovun rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. İdmançımız vaxtından əvvəl – 10:1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.

Orxan Nuriyev isə yarımfinalda Özbəkistan təmsilçisi Rüstəm Assakalova 5:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.

Gununsesi.info