Hüseynqulu Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib - FOTOLAR

  • By admin
  • 28 Sentyabr 2017 14:36

DSC_0063

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Daşkəsəndə Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edib.

Gununsesi.info xəbər verir ki, keçirilən qəbuldan əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinlənilmiş, müraciətlərinə baxılmışdır. Vətəndaşların müraciəti əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Eyni zamanda da verilən müxtəlif təkliflər, şikayət xarakterli müraciətlər tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlar yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

DSC_0111

DSC_0108

Gununsesi.info