
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov avqustun 26-da Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Gununsesi.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 10:00-da Ağdaş şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (telefonlar: 020-235-51-10, 050-674-53-42, 050-612-54-00) müraciət etmələri xahiş olunur.
Gülnaz Qənbərli
Gununsesi.info