
Yəməndəki husilər son 72 saat ərzində dördüncü dəfə Qırmızı dənizdə USS Harry Truman təyyarə gəmisini hədəfə alıb. Husilər İsraildəki hərbi hava bazasının da ballistik raketlə hədəf alındığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə qarşı əməliyyatın davam etdiyini açıqlasa da, husilər yenidən ABŞ gəmisini hədəfə aldıqlarını açıqlayıb.
Husilərin silahlı qanadının sözçüsü Yəhya Sari verdiyi açıqlamada Qırmızı dənizdəki USS Harry Truman təyyarə gəmisinin son 72 saatda dördüncü dəfə hədəf alındığını, əməliyyatda Yəmənə qarşı hava hücumunun qarşısı alındığını, daha çox döyüş gəmisinin qanadlı raketlər və İHA-larla hədəf alındığını bildirib.
“ABŞ-ın hücumları qətiyyətli və mübariz Yəmənin Fələstin xalqına qarşı dini, əxlaqi və humanitar vəzifələrini yerinə yetirməsinə mane olmayacaq”, – Sari deyib.
Yəhya Səri başqa bir açıqlamada İsrail ərazisinin 2 aydan sonra ilk dəfə hədəf alındığını açıqlayıb.
Orxan