Husilər ABŞ-a məxsus gəmiyə ballistik və qanadlı raketlərlə zərbələr endiriblər

  • By ilhame
  • 22 İyun 2024 20:11

Yəmənin husi üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə husilərin rəsmisi Yəhya Saria bildirib.

Onun sözlərinə görə, Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərdən istifadə etməklə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısı hücuma məruz qalıb.

Bundan əlavə, üsyançı qüvvələr Ərəb dənizində “Transworld Navigator” xüsusi yük gəmisinə ballistik raketlərlə zərbələr endiriblər.

Gununsesi.info