Husilər ABŞ gəmisinə zərbələr endirdi

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Ədən körfəzində ABŞ-ın “True Confidence” gəmisinə hücum etdiklərini təsdiqləyiblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

 

Onun sözlərinə görə, hücumda bir neçə gəmi əleyhinə raketdən istifadə edilib. “Zərbələr dəqiq olub və nəticədə gəmidə yanğın başlayıb”, – deyə o qeyd edib.

 

 

Gununsesi.info