Yəmən husiləri ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini hava məkanında vurduqlarını bildiriblər.
Gununsesi.info xəbər verir ki, bu barədə ərəb mediası hərəkatın nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, pilotsuz təyyarə Səada əyaləti ərazisində ələ keçirilib.
Ötən həftə sonu husilər Marib əyaləti üzərində MQ-9 Reaper pilotsuz təyyarəsinin vurulduğunu elan etdilər.
Məlum olduğu kimi, husilər İsrailin hərbi əməliyyat keçirdiyi HƏMAS qruplaşması ilə həmrəylik əlaməti olaraq Qırmızı dənizdə gəmilərə hücum edir.
ABŞ və Böyük Britaniya buna cavab olaraq Yəməndəki Husi hədəflərinə müntəzəm hücumlar edir.
Gununsesi.info