Yəməndəki husi silahlı qruplaşmaları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki bir sıra vacib obyektlərə zərbələr endirib.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə husilərin nəzarətindəki “Əl-Maşirah” telekanalı məlumat yayıb.
Məlumata görə, husilər raket və PUA-ların köməyilə Ər-Riyad, eləcə də Əbha və Hamis-Muşayt şəhərlərini vurub. Əməliyyatlar şənbə günü axşamdan başlayıb və bazar günü səhərə qədər davam edib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Gununsesi.info