Husilər Yaxın Şərqi, yaraşıqlı “pirat” sosial medianı qarışdırdı – VİDEO

İranın dəstəklədiyi Yəməndəki husilərin (Ənsarullah hərəkatı) son addımları beynəlxalq ictimaiyyətdə böhran yaradıb.

Gununsesi.info bildirir ki, husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq, 31 oktyabrda Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını bildirdikləri ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum etməyə başlayıblar.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. ABŞ isə bir qrupun iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfah qüvvəsi” adlı çoxmillətli “dəniz işçi qrupu”nun yaradıldığını açıqlayıb. Dekabrın 18-də qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğu səbəbiylə ölkələrin arasında isti qarşıdurma başlayıb.

Bölgədə gərginlik davam edərkən, Husi gəncinin görüntüləri sosial medianı qarışdırıb. Gənc və yaraşıqlı yəmənli gəncin görüntüləri TikTok və Instagram sosial media platformalarında paylaşılan görüntülərdə yüksək qiymətləndirilib. Adı Rəşid Əl-Hədid olduğu öyrənilən yəmənli “pirat”ın görüntüləri milyonlarla insan tərəfindən izlənilib.

Son illərin parlayan aktyorlarından Timoti Şalameyə bənzərliyi ilə diqqət çəkən buruq saçlı Rəşidə “Tim “Houthi” (Husilər sözünün ingiliscəsi) Şalame” ləqəbi verilib.

Əvvəllər sosial şəbəkədə tanınmayan Rəşid ilk dəfə noyabr ayında çəkilən videoda parlayıb. İnstaqramda yüz minlərlə bəyənmə toplayan Rəşid öz paylaşımlarında İsraili Fələstindəki mülki insanları hədəfə aldığına görə tez-tez tənqid edir.

Gununsesi.info