Husilər Səudiyyə Ərəbistanının bombalanmasını dayandırmağı vəd etdilər

  • By admin
  • 21 Sentyabr 2019 09:09

Yəmənin şimalında hakimiyyəti ələ keçirən “Ənsar Allah” hərəkatının üzvləri pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanının bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.

“RİA “Novosti” xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat “Əl-Masira” telekanalının efirində bəyan edib.

“Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik”, – deyə əl-Məşat bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.

Gununsesi.org