Hüsnü Mübarəkin ölümü ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verilib

  • By admin
  • 28 Fevral 2020 19:20

Bu gün Baş Nazirin müavini Şahin Mustafayev Misir səfirliyinə gələrək, Misir Ərəb Respublikasının 4-cü Prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.

Gununsesiaz.info xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ş. Mustafayevi Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb.

Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycanla Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək, əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.

Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

Gununsesiaz.info