Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu

Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də – Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:

“Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”.

Gununsesi.info