“Hyatt Regency Baku” hotelinin rəhbəri də cərimələnib – Əcnəbi imiş FOTO

  • By admin
  • 20 Fevral 2021 14:57
Yasamal Rayon Məhkəməsi “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valteri inzibati qaydada cərimələyib.

Gununsesi.info “Report”a istinadən xəbər veririr ki, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə vəzifəli şəxslər 500 manatdan 2 000 manatadək cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan Q.Valter apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 5 ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.