Hyuston şəhəri su altında qaldı - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 27 Avqust 2017 20:37

hyuston

ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Hyustonun meri Silvestr Terner bəyan edib.

Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.

Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.

Gununsesi.info