İƏT sammitinə qatılmayan Səudiyyə vəliəhdi İsrailə dəvət edilib

İƏT sammitinə qatılmayan Səudiyyə vəliəhdi İsrailə dəvət edilib

Səudiyyə Ərəbistanı taxt-tacının varisi, şahzadə Məhəmməd bin Salman İsrailə dəvət edilib.

Gununsesi.info “Haberler”ə istinadən xəbər verir ki, İsrailin kəşfiyyat və atom energetika naziri İsrael Kats Səudiyyə Ərəbistanını ərəb dünyasının lideri olaraq tanıdığını bildirərək vəliəhd şahzadə Məhəmməd bin Salmanı ölkəsinə dəvət edib.

“Əlaph”a açıqlama verən Karts ölkəsinin Ər-Riyadın İsrail-Fələstin böhranının tənzimlənməsindəki vasitəçilik missiyasını qəbul etməyə hazır olduğunu dilə gətirib.

Səudiyyə kralı Salman da bu gün verdiyi açıqlamada Şərqi Qüdsün  fələstinlilərin paytaxtı olduğunu bəyan edib.

Gununsesi.info

COMMENTS